Menyu

Avropa Parlamentinin qətnamələrinin arxasında kimlər dayanır?

Redaksiya
Avropa Parlamentinin qətnamələrinin arxasında kimlər dayanır?

“Avropa Parlamenti tərəfindən qəbul edilən bu qərəzli qətnamənin əslində heç bir əhəmiyyəti və mənası yoxdur. Faktiki olaraq Avropa İttifaqının özü və üzv dövlətlər də sənəddə qeyd edilən xülyaları qəbul etmir”.

Bunu “Operativ Media”ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, Avropa Parlamentinin ikili yanaşması davam edir. Bu dəfə isə parlament Azərbaycana qarşı sanksiyalara çağırış edərək iki qətnamə qəbul edib.

''Avropa Parlamentinin qəbul etidiyi qərarlar ilk növbədə Avropa Parlamentinin üzvlərinə aid ola bilər. Ona görə də, Azərbaycana qarşı qəbul edilən qətnamə qeyri-qanunidir. Çünki Avropa Parlamentinin iki məsələ üzrə qətnamə qəbul edə bilər. Birinci üzv dövlətlər üzrə qanunlara nəzarət, həmçinin ittifaqın büdcəsinə nəzarətlə bağlı qətnamə qəbul edə bilər. Ona görə də, Azərbaycanla bağlı qəbul edilən qətnamənin hüququ əsası yoxdur''.

Politoloqlar bildirirlər ki, yeni seçkilərə hazırlaşan Avropa Parlamentində Azərbaycana qarşı bu qərəzli və ikiüzlü çağırışları erməni lobbisinin pulu ilə işləyən deputatlar səsləndirirlər. Şəxsiyyətlərini pula satan belə deputatların maliyyələşmənin arxasında Brüsseldə yaşayan erməniəsilli Kaspar Karapetyan dayanır.

“Hansı ki, bu gün həmin Karapetyanın adı qanlı brilyant qaçaqmalçılığında hallanır. Çünki birbaşa olaraq bu gün Karapetyanın göstərişi və maliyəsi ilə Avropa İttifaqının Rusiyaya qarşı almaz biznesinə sanksiya tətbiqinə mane olurlar. Hazırda parlamentdəki bəzi deputatlara verilən rüşvətin mənbəyi budur. 2022-ci il dekabrın 9-da Avropa Parlamentinin tarixinə qara və silinməz ləkə vuran korrupsiya qalmaqalı da Brüsseldə başlamışdı və beş nəfərin həbsi ilə nəticələnmişdi. Bundan əvvəl sübuta yetirilmişdi ki, korrupsiya faktında erməni izi var. Belçika polisi tərəfindən həbs edilən avroparlamentin sədr müavini, əslən yunan olan Yeva Kaylinin almaz milyarderi kimi tanınan erməni iş adamı Kaspar Karapetyanla sıx əlaqələrinin olduğu üzə çıxmışdı. Karapetyan haqqında məlumat çox azdır. O, brilliant və almaz ticarəti ilə məşğul olduğunu iddia edir. Erməni əsilli Yunanıstan vətəndaşı, 75 yaşlı Kaspar Karapetyan öz fəaliyyəti üçün Avropa siyasətinin mərkəzi olan Brüsseli seçib. O dünya ermənilərinin qərb qanadının liderlərindən biridir. Karapetyan pərdə arxasında qalmağa üstünlük verir. Diasporda yüksək statusa malik olmasına baxmayaraq, ictimaiyyət üçün onun haqqında demək olar ki, heç bir məlumat yoxdur. O, jurnalistlərdən qaçır, şəxsi həyatı, ailəsi ilə bağlı məlumatlar vermir”.

Teqlər:

"Avropa Parlamentinin q\u0259tnam\u0259l\u0259rinin arxas\u0131nda kiml\u0259r dayan\u0131r?"

Əlaqəli Xəbərlər