Menyu

KOBİA və Rusiyanın müvafiq təşkilatları arasında əməkdaşlıq haqqında sənədlər imzalanıb

Nərmin Qocamanlı
KOBİA və Rusiyanın müvafiq təşkilatları arasında əməkdaşlıq haqqında sənədlər imzalanıb

Rusiyanın Stavropol vilayətinin Mineralnı Vodı şəhərində keçirilən XII Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Rusiyanın müvafiq qurumları arasında iki sənəd imzalanıb.

KOBİA-dan "Operativ Media"ya bildirilib ki, Azərbaycan və Stavropolun kiçik və orta sahibkarlıq subyektləri arasında ticarət və investisiya əməkdaşlığını təşviq etmək məqsədilə KOBİA və Stavropolun Ticarət və Sənaye Palatası arasında imzalanmış Anlaşma Memorandumunda KOB sahəsində yeniliklərə, dəstək və xidmətlərə dair qarşılıqlı məlumat və təcrübə mübadiləsi, işgüzar missiyaların təşkili, birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

KOBİA və Rusiyanın "Qafqaz.RF" Səhmdar Cəmiyyəti arasında imzalanmış Anlaşma Memorandumunda isə KOB-ların dəstəklənməsi üçün qarşılıqlı məlumatlandırma, KOB-lar arasında əlaqələrin qurulmasına və inkişafına köməyin göstərilməsi, birgə layihələrin və investisiya təşəbbüslərinin reallaşdırılması üçün işgüzar dairələrə dəstək və s. istiqamətlərdə əməkdaşlıq tədbirləri öz əksini tapıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər