Menyu

Azərbaycan və Türkiyə nümayəndə heyəti “Sədərək” gömrük postunda görüşüb

Nərmin Qocamanlı
Azərbaycan və Türkiyə nümayəndə heyəti “Sədərək” gömrük postunda görüşüb

Azərbaycan-Türkiyə sərhədində yerləşən “Sədərək” gömrük postunda Türkiyənin ticarət nazirinin müavini Sezai Uçarmakın və Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətləri görüş keçiriblər.

"Operativ Media" Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadla xəbər verir ki, görüşdə tərəflər təhlükəsizlik, hüquqpozmalara qarşı mübarizə istiqamətində əməkdaşlığın gücləndirilməsi, həmçinin nəqliyyat və yük axınlarının sərhədkeçmə, gömrük nəzarəti proseslərinin sürətləndirilməsi, bu sahədə qarşıya çıxan məsələlərin operativ qaydada həlli ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüş çərçivəsində Türkiyə-İran sərhədindəki Gurbulaq-Bəzirgan sərhəd-keçid məntəqəsində yaranan uzun növbələr, Naxçıvan üzərindən tranzit hərəkət edən nəqliyyat vasitələrinin sayının kəskin artması, iki ölkə sərhədində mövcud müvəqqəti sıxlıqların operativ şəkildə aradan qaldırılması, sərhədkeçmə proseslərinin səmərəli idarə edilməsinə dair məsələlər müzakirə olunub.

Türkiyə nümayəndə heyəti “Sədərək” gömrük postunun mövcud infrastrukturu ilə də yaxından tanış olublar.

Teqlər:

"Az\u0259rbaycan v\u0259 T\u00fcrkiy\u0259 n\u00fcmay\u0259nd\u0259 hey\u0259ti \u201cS\u0259d\u0259r\u0259k\u201d g\u00f6mr\u00fck postunda g\u00f6r\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər