Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətini sədri İlham Əliyevi təbrik edib
Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətini sədri Anar Həsənov və İdarə Heyətinin icraçı üzvü Tobias Baumannd Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.
"Operativ Media" xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə alman iqtisadiyyatının Azərbaycandakı rəsmi nümayəndəliyi olan Alman-Azərbaycan Xarici Ticarət Palatası adından təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.
Azərbaycan Cənubi Qafqaz regionunda enerji və ticarət baxımından Almaniyanın ən mühüm tərəfdaşıdır. Alman şirkətləri xarici əlaqələrdə sabitliyi, strateji uzaqgörənliyi və etibarlılığı yüksək qiymətləndirirlər. Alman Ticarət Palatası və onun üzv şirkətləri Azərbaycan hökumətinin apardığı islahatlar siyasətini dəstəkləyir və bununla bağlı öz töhfələrini təklif edirlər.
Biz öz təcrübəmiz və texniki imkanlarımızla Qarabağ bölgəsinin yenidən qurulması ilə bağlı Azərbaycan hökumətinin təşəbbüslərini dəstəkləməyə hazırıq. Biz qəti şəkildə inanırıq ki, ölkələrimiz arasında sıx əməkdaşlıq sayəsində regionun davamlı və uğurlu bərpası istiqamətində mühüm irəliləyiş əldə oluna bilər.
Yeni səlahiyyət müddətinizdə Sizə və Azərbaycan hökumətinə uğurlar arzulayırıq".