Menyu

Krakovda Azərbaycan Evində Xocalı soyqırımının qurbanları yad edilib - FOTO

Krakovda Azərbaycan Evində Xocalı soyqırımının qurbanları yad edilib - FOTO

Polşanın Krakov şəhərində yeni açılmış Azərbaycan Evində Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə anım mərasimi təşkil olunub. Anım mərasimində Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan diasporunun, yerli ictimaiyyətin və müxtəlif icmaların nümayəndələri iştirak ediblər.

Bu barədə "Operativ Media"ya Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

İlk olaraq tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Xocalıda törədilmiş dəhşətli qətliamı əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib, soyqırımı qurbanlarının şəkilləri önünə qərənfillər düzülüb, şamlar yandırılıb.

Sərgidə iştirak edən polyaklara qətliam barədə ətraflı məlumat verilib, Xocalı soyqırımının Ermənistanın etnik təmizləmə siyasətinin bir parçası olduğu, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakininin qətlə yetirildiyi, 8 ailənin isə tamamilə məhv edildiyi bildirilib.

Hazırda dünyanın 16 ölkəsində 28 Azərbaycan Evi fəaliyyət göstərir və bu evlər Azərbaycan mədəniyyətinin təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məqsədilə keçirilən çoxsaylı tədbirlərə ev sahibliyi edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər