Menyu

Keniyanın Baş prokuroru "ASAN xidmət"i ziyarət edib - FOTO

Keniyanın Baş prokuroru "ASAN xidmət"i ziyarət edib - FOTO

Ölkəmizdə səfərdə olan Keniya Respublikasının Baş prokuroru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Xidmətdən bildirilib. 

Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib. 

Həmçinin “ASAN xidmət” modelinin tətbiqi istiqamətində digər ölkələr ilə yanaşı Afrika qitəsi dövlətləri ilə də əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. 

Qonaqlar "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin və “ABAD”ın fəaliyyəti ilə tanış olublar. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər