Muxtar Babayev ABŞ Dövlət Departamentinin iqlim elçisi ilə COP29-la bağlı əməkdaşlıq imkanlarını müzakirə edib
Nərmin Qocamanlı
ABŞ Dövlət Departamentinin iqlim elçisinin müavini Syu Biniaz ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
"Operativ Media" nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb, mümkün əməkdaşlıq imkanları müzakirə olunub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma