Menyu

İcma Fransa Prezidentinin iddialarına cavab verib

Nərmin Qocamanlı
İcma Fransa Prezidentinin iddialarına cavab verib

Ermənistanın artıq özünün ictimai səviyyədə Qarabağ ermənilərinin qayıdışından bəhs etmədiyi bir vaxtda Fransa prezidenti Emmanuel Makronun bu haqda danışması “ermənidən çox ermənilik etmək”dir və gülüş doğurur.

"Operativ Media" xəbər verir ki, bu fikir Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda yer alıb.

Bildirilib ki, qayıdış qarşılıqlı olmalı və Qərbi azərbaycanlıların da Ermənistandakı öz dədə-baba yurdlarına dönməsi təmin edilməlidir.

“Yanlış və cığal addımlarına görə Azərbaycan-Ermənistan arasında normallaşdırma proseslərindən tam olaraq uzaqlaşdırılmış səlibçi mentalitetli Fransanın bundan sonra ən doğru addımı yalnız və yalnız susmaq ola bilər”, - deyə Qərbi Azərbaycan İcmasının bəyanatında vurğulanıb.

Teqlər:

"\u0130cma Fransa Prezidentinin iddialar\u0131na cavab verib"

Əlaqəli Xəbərlər