Menyu

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi İlham Əliyevi təbrik edib

Nərmin Qocamanlı
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi İlham Əliyevi təbrik edib

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Operativ Media" xəbər verir ki, məktubda deyilir:

 

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və vəzifənizi icra etməyə başlamağınız münasibətilə BMT-nin Azərbaycandakı nümayəndəliyi adından səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Bu fürsətdən istifadə edərək BMT-nin Azərbaycandakı nümayəndəliyinin 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinə uyğun olaraq Azərbaycanın dayanıqlı inkişafla bağlı milli prioritetlərini dəstəkləməyə davamlı sadiqliyini bildirirəm. Biz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsində Azərbaycana dəstəyimizi təklif edirik.

Azərbaycan Respublikası hökuməti və BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında tərəfdaşlıq və əməkdaşlığın bundan sonra da davam edəcəyinə inanıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Səmimiyyətlə,

 

Vladanka Andreyeva

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi".

Teqlər:

"BMT-nin Az\u0259rbaycandak\u0131 rezident \u0259laq\u0259l\u0259ndiricisi \u0130lham \u018fliyevi t\u0259brik edib"

Əlaqəli Xəbərlər