Əli Əsədov Gürcüstanın yeni Baş nazirini təbrik edib
Nərmin Qocamanlı
Azərbaycanın Baş naziri Əli Əsədov gürcüstanlı həmkarı İrakli Kobaxidzeni bu vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, baş nazirlər arasında telefon danışığı zamanı Ə.Əsədov İ.Kobaxidzeyə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Söhbət zamanı baş nazirlər iki ölkə arasında strateji əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidvar olduqlarını bildiriblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net