Menyu

Mariya Zaxarova ATƏT DTİHB-in Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı hesabatını ələ salıb

Nərmin Qocamanlı
Mariya Zaxarova ATƏT DTİHB-in Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı hesabatını ələ salıb

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ATƏT DTİHB-in Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı hesabatını tənqid edib.

"Operativ Media" xəbər verir ki, bu barədə o, Federasiya Şurasının dövlət suverenliyinin qorunması və Rusiyanın daxili işlərinə müdaxilənin qarşısının alınması üzrə komissiyasının iclasında hesabatda əks olunan absurd bəyanatları ələ salıb.

“Nə edirsən et, nə qədər namizəd olursa olsun, hansı platformada, hansı partiyada olursa olsun, bir şeydən başqa heç nə önəmli deyil; əvvəlcədən müəyyən edilmiş nəticəyə əsaslanan siyasi iştirak. Mənim ATƏT DTİHB-yə sualım var. Onlar dövlət üçün kritik məqamda cəmiyyətin birləşdirilməsi konsepsiyasını eşidiblər? Məncə, heç nə eşitməyiblər. Əgər onlar heç nə eşitməyiblərsə, deməli, seçkiləri necə müşahidə etmək barədə heç bir təsəvvürləri də yoxdur”, - diplomat Azərbaycanda keçirilən seçkilərlə bağlı hesabatı şərh edərkən bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər