Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri İlqar Məmmədov Prezident İlham Əliyevi təbrik edib.
"Operativ Media" xəbər verir ki, bu barədə partiyanın rəsmi səhifəsi məlumat yayıb.
Məlumatda deyilir:
"Ərazi bütövlüyümüzün bərpasında rolunuza yekun siyasi qiyməti vermiş prezident seçkisində qələbəniz münasibətilə Sizi təbrik edir, bir neçə aydan sonra ölkəmizin gələcəyinə həsr olunacaq parlament seçkisində rəhbəri olduğunuz partiya ilə azad və bərabər rəqabətimizin Azərbaycanda demokratiyaya yeni keyfiyyət qazandırmasını arzulayıram.