Menyu

GUAM-ın müşahidə missiyası 6 fevralda Azərbaycana gələcək

Nərmin Qocamanlı
GUAM-ın müşahidə missiyası 6 fevralda Azərbaycana gələcək

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın (GUAM) missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün fevralın 6-da tam tərkibdə Bakıya gələcək.

"Operativ Media" xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 6 nəfərdən ibarət olacaq nümayəndə heyətinə GUAM-ın Baş katibi Altay Əfəndiyev, Ukrayna Ali Radasının deputatları Svyatoslav Yuraş, Mixail Papiyev, Gürcüstan parlamentinin deputatı David Matikaşvili və GUAM Katibliyinin proqram koordinatorları Teymuraz Kiladze və Səbuhi Təmirov daxildir.

Qetd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Teqlər:

"GUAM-\u0131n m\u00fc\u015fahid\u0259 missiyas\u0131 6 fevralda Az\u0259rbaycana g\u0259l\u0259c\u0259k"

Əlaqəli Xəbərlər