Menyu

Azərbaycan və Almaniya COP29 çərçivəsində fəaliyyətə dair məsələləri müzakirə edib - YENİLƏNİB

Nərmin Qocamanlı
Azərbaycan və Almaniya COP29 çərçivəsində fəaliyyətə dair məsələləri müzakirə edib - YENİLƏNİB

Energetika naziri Pərviz Şahbazov ilə Almaniyanın xarici işlər nazirinin müavini Cennifer Morqanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

Energetika Nazirliyindən "Operativ Media"ya bildirilib ki, görüşdə Azərbaycanın “yaşıl enerji keçidi” kursu və ölkəmizin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib. Eyni zamanda, Prezident İlham Əliyevin 2030-cu ilədək “yaşıl artıma” nail olmağı hədəfləyən siyasəti, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və ölkəmizin COP29 tədbirinə ev sahibliyinin “yaşıl enerji keçidi” prosesinə milli töhfələri daha da artıracağı qeyd edilib.

Ölkəmizdə elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerjinin payının əhəmiyyətli artımını təmin edəcək külək və günəş enerjisi stansiyalarının inşası, bu güclərin enerji sisteminə inteqrasiyası, həmçinin Xəzər dənizindən Avropaya “yaşıl enerji”nin ixracı məqsədilə 4 ölkənin iştirakı ilə “Yaşıl Enerji Dəhlizi”nin yaradılması, azad edilmiş ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

***

15:02

Energetika naziri Pərviz Şahbazov Almaniyanın xarici işlər nazirinin müavini Cennifer Morqan ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə P.Şahbazov öz "X" hesabında bildirib.

Görüşdə, Azərbaycanın yaşıl enerji keçidi ilə bağlı siyasəti, həyata keçirilən istehsal-ixrac layihələri və COP29 çərçivəsində fəaliyyətə dair məsələlər müzakirə edilib.

Teqlər:

"Az\u0259rbaycan v\u0259 Almaniya COP29 \u00e7\u0259r\u00e7iv\u0259sind\u0259 f\u0259aliyy\u0259t\u0259 dair m\u0259s\u0259l\u0259l\u0259ri m\u00fczakir\u0259 edib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər