Azərbaycanla Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev gürcüstanlı həmkarı ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, nazir ölkəmizdə səfərdə olan Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilakhvari ilə təhsil sahəsində müxtəlif istiqamətlər üzrə əməkdaşlığın cari vəziyyət və perspektivləri müzakirə edib.