Putin Çad prezidenti ilə danışıqlar aparacaq
Nərmin Qocamanlı
Yanvarın 24-də Rusiya prezidenti Vladimir Putin Çad prezidenti Mahamat İdriss Deby ilə ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivlərini müzakirə etmək üçün danışıqlar aparacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
“Yanvarın 24-də Rusiya prezidenti Vladimir Putin Rusiyaya rəsmi səfər edəcək Çad Respublikasının keçid prezidenti Mahamat İdriss Deby ilə danışıqlar aparacaq”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf perspektivləri, regional və beynəlxalq gündəmdə olan məsələlərin müzakirəsi planlaşdırılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net