Mikayıl Cabbarov Çinin "CGTN Europe" televiziya kanalına müsahibə verib
Nərmin Qocamanlı
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin "CGTN Europe" televiziya kanalına müsahibə verib.
"Operativ Media" xəbər verir ki, bu barədə nazir "X"də bildirib:
"Davos İqtisadi Forumunda Çinin "CGTN Europe" televiziya kanalına müsahibədə Azərbaycanda qlobal reallıqlara uyğun dayanıqlı iqtisadiyyatın dəstəklənməsi, bərpa olunan enerjiyə keçidin təmin edilməsi və COP29-un Azərbaycanda keçirilməsi istiqamətində reallaşdırılan tədbirlər diqqətə çatdırıldı, həmçinin Azərbaycan və Çin Xalq Respublikası arasında ticarət və investisiya əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulandı".