Ermənistanın baş naziri Nikol Paşinyan və NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Cənubi Qafqazdakı vəziyyəti, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı son prosesləri və sülh sazişinin imzalanması məsələsini müzakirə ediblər.
"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidmətinin məlumatında bildirilib.
Tərəflər, həmçinin Ermənistan-NATO əməkdaşlığı, regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.