Menyu

Rusiya səfirliyi sexdəki yanğında ölənlərlə bağlı başsağlığı verib

Rusiya səfirliyi sexdəki yanğında ölənlərlə bağlı başsağlığı verib

Rusiyanın Azərbaycandakı səfirliyi Bakıda mebel sexində baş verən yanğın nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.

"Operativ Media" xəbər verir ki, bu barədə Səfirlik sosial şəbəkələrdəki səhifəsində paylaşım edib.

"Bakıda mebel sexində insan tələfatı ilə nəticələnən partlayış xəbəri bizi kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq", - paylaşımda qeyd edilib.

Qeyd edək ki, Bakıda mebel sexində baş verən partlayış və yanğın nəticəsində 6 nəfər ölüb, 24 nəfər yaralanıb.

Teqlər:

"Rusiya s\u0259firliyi sexd\u0259ki yan\u011f\u0131nda \u00f6l\u0259nl\u0259rl\u0259 ba\u011fl\u0131 ba\u015fsa\u011fl\u0131\u011f\u0131 verib"

Əlaqəli Xəbərlər