MN: Azərbaycan ordusu qarşı tərəfin mövqelərini atəşə tutmayıb
Nərmin Qocamanlı
Azərbaycan Ordusunun bölmələri tərəfindən dekabrın 4-ü saat 14:35 radələrində Ermənistan silahlı qüvvələrinin Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun ölməsi barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik.
Teqlər:
"MN: Az\u0259rbaycan ordusu qar\u015f\u0131 t\u0259r\u0259fin m\u00f6vqel\u0259rini at\u0259\u015f\u0259 tutmay\u0131b"