Səfir: "Kəlbəcər terrorçu Melkonyanın doğum günündə işğaldan azad edilib"
Kəlbəcər terrorçu Monte Melkonyanın doğum günündə, yəni noyabrın 25-də işğaldan azad edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev "X" hesabında yazıb.
O qeyd edib ki, 30 il əvvəl Ermənistan Azərbaycanın Kəlbəcər rayonunu işğal edib və etnik təmizləmə aparıb:
"Kaliforniyada anadan olan terrorçu Monte Melkonyanın rəhbərlik etdiyi qrup Kəlbəcər sakinlərinə ərazini tərk etmək üçün cəmi 10 saat vaxt vermişdi. Onların çoxu qətlə yetirildi. Montenin doğum günündə, yəni noyabrın 25-də Kəlbəcər işğaldan azad edilib".
Teqlər:
"S\u0259fir: \"K\u0259lb\u0259c\u0259r terror\u00e7u Melkonyan\u0131n do\u011fum g\u00fcn\u00fcnd\u0259 i\u015f\u011faldan azad edilib\""