Menyu

Azərbaycan XİN Nepalda baş verən zəlzələ ilə bağlı başsağlığı verib

Nərmin Qocamanlı
Azərbaycan XİN Nepalda baş verən zəlzələ ilə bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Nepalda baş verən zəlzələ ilə bağlı başsağlığı verib.

"Operativ Media" xəbər verir ki, bununla bağlı Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

"Nepalda onlarla insanın ölümünə və xəsarət almasına səbəb olan güclü zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir və yaralananlara şəfa diləyirik. Bu çətin günlərdə Nepal xalqı və hökuməti ilə həmrəyik", paylaşımda qeyd olunub.

Xatırladaq ki, Hindistan-Nepal sərhədində 6 bal gücündə zəlzələ qeydə alınıb. Hadisə zamanı 100-dən çox insan həlak olub.

Əlaqəli Xəbərlər