Səkkiz azərbaycanlı Qəzza zolağından Rəfah keçid məntəqəsi vasitəsilə çıxacaq
Nərmin Qocamanlı
Bu gün Qəzza zolağından çıxa biləcək əcnəbilərin siyahısına 8 Azərbaycan vətəndaşı daxildir.
"Operativ Media" xəbər verir ki, bu barədə "RİA Novosti" Rəfah keçid məntəqəsinin administrasiyasından aldığı Misirə təxliyə icazəsi almış şəxslərin siyahısına əsasən xəbər verir.
Məlumata görə, hazırda Qəzza zolağında olan digər ölkə vətəndaşlığı olan 600-ə yaxın şəxsin adının yer aldığı siyahıda 8 Azərbaycan vətəndaşının da adı var.