Yaponiya hakimiyyəti iqtisadiyyatı dəstəkləmək üçün 113 milyard dollar ayıracaq
Nərmin Qocamanlı
Yaponiya iqtisadiyyatına dəstək tədbirləri üçün gün ərzində razılaşdırılacaq maliyyə dəstəyinin ümumi məbləği 17 trilyon yen (113 milyard dollar) təşkil edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə, ölkənin Baş naziri Fumio Kişida bildirib.
Bunun 13,1 trilyon yen (86,6 milyard dollar) əlavə büdcə paketi çərçivəsində əhalinin dəstəklənməsinə, o cümlədən aztəminatlı ailələrə 70 min yen (465,5 dollar) məbləğində ödənişlərə yönəldiləcək. Daha 3 trilyon (təxminən 20 milyard dollar) vergi yükünün müvəqqəti azaldılması tədbirləri üçün ayrılacaq.