Menyu

Elçin Əmirbəyov diplomatiya akademiyaları üçün seminarda sülh prosesindən danışıb

Elçin Əmirbəyov diplomatiya akademiyaları üçün seminarda sülh prosesindən danışıb

İnkişaf və Diplomatiya İnstitutu (IDD) Estoniya Diplomatiya Məktəbi və Ukrayna Diplomatik Akademiyası ilə birgə diplomatiya akademiyaları üçün potensialın gücləndirilməsi üzrə seminar təşkil edib.

"Operativ Media" xəbər verir ki, iştirakçılar Estoniya Diplomatiya Məktəbinin direktoru Ekke Nõmmın rəhbərliyi, ADA Universitetinin prorektorunun müşaviri və IDD-nin direktor müavini Aygün Hacıyevanın moderatorluğu ilə keçirilən təqdimatlarda regional diplomatik qurumlar haqqında ətraflı məlumat əldə ediblər.

Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov iştirakçılara Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən və regionda sülh quruculuğu prosesindən danışıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə isə Azərbaycanın Qara dəniz regionu ilə bağlı xarici siyasəti barədə məlumat verib.

Tədbirdə iştirak edən xarici ekspertlər isə Qara dəniz regionunun müasir çağırışları, əməkdaşlığın perspektivləri və prioritetləri barədə iştirakçıları məlumatlandırıblar.

Teqlər:

"El\u00e7in \u018fmirb\u0259yov diplomatiya akademiyalar\u0131 \u00fc\u00e7\u00fcn seminarda s\u00fclh prosesind\u0259n dan\u0131\u015f\u0131b"

Əlaqəli Xəbərlər