Baş nazir Tbilisidə Ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub
Baş nazir Əli Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti Tbilisi şəhərindəki Heydər Əliyev adına parkda Ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub və xatirəsini ehtiramla yad edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Qeyd edək ki, dünən Gürcüstanın Tbilisi şəhərində Beynəlxalq İpək Yolu Forumu fəaliyyətə başlayıb. Bütünlükdə dünyanın 60 ölkəsindən 2 minə yaxın nümayəndənin iştirak edəcəyi forumda Azərbaycanın və Ermənistanın baş nazirləri Əli Əsədov və Nikol Paşinyan da iştirak edib.
Teqlər:
"Ba\u015f nazir Tbilisid\u0259 Ulu \u00f6nd\u0259r Heyd\u0259r \u018fliyevin abid\u0259si \u00f6n\u00fcn\u0259 \u0259klil qoyub"