Sahibə Qafarova Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.
"Operativ Media" xəbər verir ki, spiker Sahibə Qafarova Ümummilli Lider Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə əklil qoyaraq xatirəsini ehtiramla yad edib.
Qeyd edək ki, Ankaradakı Heydər Əliyev Parkı 2004-cü ildə salınıb. 2012-ci ildə parkda əsaslı yenidənqurma işləri aparılıb və bu park Türkiyə paytaxtının ən gözəl istirahət məkanlarından birinə çevrilib.
Teqlər:
"Sahib\u0259 Qafarova Ankarada Heyd\u0259r \u018fliyevin abid\u0259sini ziyar\u0259t edib - FOTO"