Paşinyan: Ermənistan xarici siyasət vektorunu dəyişmir
"Ermənistan öz xarici siyasət vektorunu dəyişmək niyyətində deyil, hakimiyyətin siyasəti respublikanın maraqlarına hesablanıb".
"Operativ Media" xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan brifinqdə deyib.
"Ermənistanın xarici siyasəti şəffafdır. Ermənistan xarici siyasətinin vektorunu o mənada dəyişə bilməz ki, o, həmişə Ermənistan Respublikasının dövlət maraqlarına uyğundur", - Paşinyan qeyd edib.
Teqlər:
"Pa\u015finyan: Erm\u0259nistan xarici siyas\u0259t vektorunu d\u0259yi\u015fmir"