Ermənistan müxalifəti Paşinyana qarşı birləşməyə çağırılıb
"Müxalifət düşərgəsində mübarizənin şəxsi xarakter alması və bundan siyasətçilərin ailə üzvlərinin əziyyət çəkməsi hallarını mənfi qiymətləndirirəm".
"Operativ Media" xəbər verir ki, bu barədə İrəvanın Şarl Aznavur meydanında “Ana Ermənistan” alyansının mitinqi zamanı Andranik Tevanyan jurnalistlərə bildirib.
O, müxalifəti bütün qüvvələrini Paşinyana qarşı yönəltməyə çağırıb.
“Hakimiyyətin seçkiləri saxtalaşdırması çaxnaşmalara səbəb ola bilər, sanki demokratik hakimiyyətlə bağlı son mif məhv ediləcək. Mən xalqın gücünə inanıram. Əgər xalq seçkilərdə fəal iştirak etsə, o zaman uğur qazanacağıq”, - Tevanyan bildirib.
O bildirib ki, blokun üzvü Zaruhi Postancyan sərhədə gedib və hazırda müşahidə aparır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net