Menyu

Prezident İlham Əliyevin bu görüşdə iştirakı xalqlarımızın dostluq və anlayış bağlarını möhkəmləndirmə səylərindən xəbər verir - Tokayev

Prezident İlham Əliyevin bu görüşdə iştirakı xalqlarımızın dostluq və anlayış bağlarını möhkəmləndirmə səylərindən xəbər verir - Tokayev

Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirakı xalqlarımızın dostluq və anlayış bağlarını hərtərəfli möhkəmləndirmək üzrə həqiqi səylərindən xəbər verir.

"Operativ Media" xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışında deyib.

"Fəxri qonağımız olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ayrıca salamlamaq istərdim. Qardaş Azərbaycanın liderinin iştirakı xalqlarımızın çoxəsrlik dostluq və anlayış bağlarını hərtərəfli möhkəmləndirmək üzrə həqiqi səylərindən qətiyyətlə xəbər verir.

Əminəm ki, bugünkü sammit, həqiqətən, əlamətdar olacaq və çoxplanlı əməkdaşlığımızın gələcək taleyini müəyyən edəcək", - Qazaxıstan prezidenti deyib.

Teqlər:

"Prezident \u0130lham \u018fliyevin bu g\u00f6r\u00fc\u015fd\u0259 i\u015ftirak\u0131 xalqlar\u0131m\u0131z\u0131n dostluq v\u0259 anlay\u0131\u015f ba\u011flar\u0131n\u0131 m\u00f6hk\u0259ml\u0259ndirm\u0259 s\u0259yl\u0259rind\u0259n x\u0259b\u0259r verir - Tokayev"

Əlaqəli Xəbərlər