Menyu

Paşinyan “Vaqner ” döyüşçülərinin Ermənistanda olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

Paşinyan “Vaqner ” döyüşçülərinin Ermənistanda olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə keçirilən hökumət saatında ölkədə “vaqneritlər”in olması ilə bağlı xəbərləri şərh edərkən hüquq-mühafizə orqanları mediada yazılanlara reaksiya verməlidir.

"Operativ Media"  "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Baş nazir Paşinyan parlamentdə sual-cavab sessiyasında deyib.
"Ermənistanın hüquq-mühafizə orqanları mediada yer alan yazılara cavab verməlidir. Bildiyimə görə, bu, cinayət-prosessual məcəllədə də normadır. "Telegram" kanallarında belə bir xəbər çıxıb. Milli Təhlükəsizlik Xidməti öz səlahiyyətləri daxilində dərc edilmiş bu məlumatları yoxlayır", - Baş nazir deyib.

O bildirib ki, burada qeyri-adi heç nə yoxdur.

Nikol Paşinyandan "Ermənistanda Rusiyanın təşəbbüsü ilə mümkün inqilab" ilə bağlı hər hansı narahatlığının olub-olmadığı barədə soruşulduqda, hökumət başçısı qeyd edib ki, bunu yalnız Ermənistan xalqı həyata keçirə bilər. "Və bu inqilabı Ermənistan xalqı etdi", - Paşinyan bildirib.

Qeyd edək ki, ötən həftə bir sıra Ermənistanın hökumətyönlü sosial media səhifələrində bu ölkədə guya "Vaqner"in 3000-dək döyüşçüsünün olduğu və yerli qüvvələrin dəstəyi ilə dövlət çevrilişi həyata keçirərək Baş naziri vəzifəsindən uzaqlaşdıracağı barədə məlumatlar yayılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər