Rusiya Qızıl Xaç Cəmiyyətinin yardımı Xankəndiyə niyə buraxıldı?
Nərmin Qocamanlı
“Mən fikirləşdim ki, bizim məcburi köçkünlərimiz olub, çətin şəraitdə olublar və müddət ərzində Rusiyadan bizə yardım gəlibmi? Analiz etdikdə gördüm ki, belə bir hal xatırlamıram. 30 il ərzində 1 milyon qaçqın olanda Rusiya Azərbaycana yardım göndərməyib. İndi isə yenə də öz ənənəsinə uyğun olaraq Rusiya Azərbaycan ərazisindən ermənilərə yardım göndərib”.
Bu fikirləri “Operativ Media” ya açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, hazırda baş verənlər sadəcə siyasi oyundur:
“Çox maraqlı bir hadisədir. Bu hadisələrin nəticələrindən bəlli oldu ki, bu dırnaqarası blokadanı yaradan Azərbaycan deyil, bizə qarşı duran qüvvələrdir. Mən əminəm ki, bu bir növ oyundur. Bu oyunun iştirakçıları eləcə də, Rusiya çalışır ki, Azərbaycan tərəfini orda yaşayan ermənilərlə danışığa çəksin və yeni bir format yaratsın. Minsk qrupunun fəaliyyətinin bərpası onlar tərəfindən belə görülür. Burda biz təbliğatımızı artırmalıyıq. Bizə qarşı olan məqamlarda isə mütləq öz mövqeyimizi bildirməliyik”