Şimali Koreya lideri Rusiyaya gedəcək - YENİLƏNİB
Nərmin Qocamanlı
Kim Çen In yaxın günlərdə Rusiyaya rəsmi səfər edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Qeyd edək ki, daha öncə Cənubi Koreyanın YTN telekanalı etibarlı mənbələrə istinadən Şimali Koreya liderinin Rusiyaya səfərə yollandığını bildirmişdi.
***
12:16
Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Rusiyaya yollanıb.
"Operativ Media" xəbər verir ki Cənubi Koreyanın YTN telekanalı bu barədə etibarlı mənbələrə istinadən xəbər verir.
Bildirilib ki, Şimali Koreya lideri Kim Çen In Vladimir Putinlə sammit üçün Rusiyaya gedir.
Məlumata görə, Kim xüsusi qatarla Şimali Koreyanın şimal-şərq sərhədinə gedəcək və sammitin çərşənbə axşamı baş tutacağı ehtimalı var.
Nərmin Qocamanova
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net