Rusiyanın Ermənistandakı səfirliyi: Jurnalist və blogerin həbsindən narahatıq
Rusiyanın Ermənistandakı səfirliyi bloger Mika Badalyan və “Sputnik Ermənistan”ın köşə yazarı Aşot Gevorqyanın həbsindən narahatlığını bildirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin "Facebook" səhifəsində paylaşım edilib.
"Səfirlik rusiyayönlü bloger və fəal Mika Badalyan və Sputnik Ermənistanın köşə yazarı Aşot Gevorqyanın həbsindən xəbərdardır. Adıçəkilən qurumla əlaqə saxlayırıq, hadisələrin inkişafını diqqətlə izləyirik", - paylaşımda qeyd edilib.
"Biz həbs olunan şəxslərin taleyindən narahatıq, işi öyrənmək üçün addımlar atacağıq”, - səfirlik bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net