Leyla Abdullayeva Tunisin Fransadakı səfiri ilə görüşüb (FOTO)
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Tunis Respublikasının bu ölkədəki səfiri Məhəmməd Kərim Jamussi ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, görüşdə Azərbaycan və Tunis arasındakı əlaqələrə toxunulub. Səfirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıb və bu istiqamətdə əməkdaşlığın daha da möhkəmləndirilməsini müzakirə ediblər.
Görüş zamanı Azərbaycan səfiri regionumuzda cərəyan edən son hadisələr, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi barədə qarşı tərəfi məlumatlandırıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma