Menyu

Elçin Əmirbəyov: Paşinyanın ərazi bütövlüyünü tanıması bəyanatı real əməlləri ilə uyğun gəlmir

Elçin Əmirbəyov: Paşinyanın ərazi bütövlüyünü tanıması bəyanatı real əməlləri ilə uyğun gəlmir

Baş nazir Paşinyanın Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımasına dair bəyanatı yerdəki real əməlləri ilə uyğun gəlmir.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Almaniyanın “Deutsche Welle” telekanalına müsahibəsində deyib:

“Çünki o hələ də qüvvələrini orada (Qarabağda) saxlayır, onlar hələ də dövlət büdcələrindən separatçı qurumu maliyyələşdirirlər ki, bu qanunsuzdur. Ermənistanın bu 10 min silahlısı Azərbaycanın legitim hərbi hədəfi olublar, çünki bu, Azərbaycan xalqı üçün real təhlükəsizlik riskidir. Ona görə də biz bununla məşğul olmalıyıq. Lakin biz sülh prosesi çərçivəsində bununla məşğul ola bilərik və məşğul olmaq istəyirik”.//APA //

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər