ABŞ səfirliyi: Bu Ermənistanla keçirilən ilk hərbi təlim deyil
Redaksiya
“Biz davamlı olaraq təlimlər keçiririk və silahlı qüvvələrimiz arasında hazırlığı təmin etmək və qarşılıqlı əlaqəni daim təkmilləşdirmək üçün tərəfdaşlarımızla işləyirik".
"Operativ Media" xəbər verir ki, bunu ABŞ-nin Ermənistan səfirliyindən "Azadlıq Radiosu"na bildiriblər.
"Ermənistan ABŞ-nin çoxdankı tərəfdaşıdır və ABŞ Müdafiə Nazirliyinin Dövlət Tərəfdaşlığı Proqramı çərçivəsində 2003-cü ildən Kanzas Milli Qvardiyası ilə güclü tərəfdaşlıq əlaqələri var. Amerika və Ermənistan hərbi birləşmələri Ermənistan, ABŞ və digər ölkələrdə birgə hərbi təlimlərdə iştirak edib və belə təlimlər Ermənistanda 2003, 2006 və 2008-ci illərdə keçirilib”.
Qeyd edək ki, ötən gün rəsmi İrəvan sentyabrın 11-20-də Ermənistanda 85 amerikalı və 175 erməni hərbçisinin iştirak edəcəyi “Qartal tərəfdaşı 2023” adlı erməni-amerikan hərbi təlimlərinin keçiriləcəyi barədə məlumat yayıb.
Həmin məlumat isə Rusiyanın rəsmi reaksiyasına səbəb olub. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, bu təlimlər indiki situasiyada narahatlıq doğurur və Moskva Ermənistanın bu addımını dərindən təhlil edəcək.
Teqlər:
"AB\u015e s\u0259firliyi: Bu Erm\u0259nistanla ke\u00e7iril\u0259n ilk h\u0259rbi t\u0259lim deyil"