Menyu

Azərbaycan, Türkiyə və İsrailin birgə fəaliyyət platforması nə vəd edir? 

Nərmin Qocamanlı
Azərbaycan, Türkiyə və İsrailin birgə fəaliyyət platforması nə vəd edir? 

“Azərbaycanın üçtərəfli formatda əməkdaşlığımızı gücləndirmək təklifi var, belə ki, Azərbaycan, Türkiyə və İsrail qarşılıqlı fəaliyyət göstərə bilər”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin beynəlxalq "I24NEWS" telekanalına müsahibəsində deyib.

Bəs Azərbaycan, Türkiyə və İsrailin qarşılıqlı fəaliyyət göstərəcəyi platformanın nə kimi perspektivləri var?

Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev “Operativ Media”ya öz fikirlərini bölüşüb.

O qeyd edib ki, xarici siyasətdə hər bir dövlətin ümumi maraqları olmalıdır, dostluq, qardaşlıq öz yerində, lakin bütün proseslər ümumi maraqlardan doğur:
“Mən düşünürəm ki, Azərbaycan, Türkiyə və İsrail dövlətlərinin ümumi maraqları mövcuddur. Çünki istər 44 günlük müharibə vaxtı, istər digər beynəlxalq platformalarda daim bir-birini müdafiə edən, eyni zamanda mənəvi cəhətdən dəstək olan üç dövlətin bir yerdə olduğunu gördük. Bu gün də məhz bunun rəsmiləşdirilməsi çox mühüm məsələdir”.

Millət vəkili belə bir platformanın yaradılmasını labüd qiymətləndirib:

“Burada söhbət ümumi maraqlardan gedir. Əqidə, istək, maraq və təhlükəsizliyə təhdidin qarşısını almaq üçün birgə olmaq çox mühüm əhəmiyyət kəsb edir. Buna görə də bu platformanın yaradılması labüddür və düşünürəm ki, müsbət effekt verə biləcək bir birlik yaranacaq”.


Sevinc İbrahimzadə

Teqlər:

"Az\u0259rbaycan T\u00fcrkiy\u0259 v\u0259 \u0130srailin birg\u0259 f\u0259aliyy\u0259t platformas\u0131 n\u0259 v\u0259d edir?\u00a0"

Əlaqəli Xəbərlər