Menyu

İran Ermənistanda niyə mina təmizləmək istəyir?

Redaksiya
İran Ermənistanda niyə mina təmizləmək istəyir?

"İran Ermənistanla iki istiqamətdə əməkdaşlığı genişləndirir. İranın Ermənistan ərazisində minaların təmizlənməsi məsələsi də bu əməkdaşlığın genişlənməsinin göstəricilərindəndir".

Bunu "Operativ Media"ya açıqlamasında siyasi şərhçi Sədrəddin Soltan bildirib.

Onun sözlərinə görə, İranın bu qərarı sadəcə gülünc doğurur.

"Ermənistan ərazisində minaları kim basdırıb və niyə basdırılıb? Ermənistan ərazisində nə qədər mina var ki, onun təmzlənməsi üçün də qonşu ölkədən əlavə mütəxəssislər və qüvvələr də cəlb olunur. Bunlar hamısı çox gülünc və məntiqsiz, mənasız, regionda təhlükəsizliyə, regionda əməkdaşlığa, sabitliyə müsbət təsir etməyəcək bir məsələdir. Bu İran tərəfindən Azərbaycanı qıcıqlandırmaq üçün atılmış bir addımdır. İran göstərmək istəyir ki, Azərbaycanda ərazilərini minalardan təmizlənməsində iştirak edə bilər. Başqa sözlə İran bu yolla həm də Azərbaycana mesaj verir ki, istəyirsənsə gəlim sənin ərazisini təmizləyim".

Siyasi şərhçi bildirir ki, əslində bu qərarın altında hərbi əməkdaşlıq dayanır.

"İran Azərbaycan-Ermənistan sərhəddinə öz münasibətini göstərmək istəyir. Bütün bunlar isə həm qıcıq yaradır, həm də Azərbaycan-Ermənistan normallaşma prosesinə bir təzyiqdir. Təəssüf ki, İran da bütün bunların hamısını həyata keçirir".

Teqlər:

"\u0130ran Erm\u0259nistanda niy\u0259 mina t\u0259mizl\u0259m\u0259k ist\u0259yir?"

Əlaqəli Xəbərlər