ABŞ Rusiyanı Ukraynanın taxıl anbarlarını vurmaqda ittiham edib
ABŞ Dövlət Departamenti Rusiyanı Ukraynanın taxıl anbarlarına hücum etməkdə günahlandırıb və Moskvanı hərəkətlərinə son qoymağa çağırıb.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti sosial media hesabından videomüraciət paylaşıb.
Mesajda Rusiyanın Ukrayna taxıl anbarlarına hücumlarının ölkədəki fermerlər və dünyada aclıq çəkən insanlar üçün dəhşətli nəticələr verdiyi bildirilib. Məhv edilən ehtiyyatlarla bir çox ailənin taxıla olan ehtiyacının ödənilə bilinəcəyinə diqqət çəkilib.
Rusiya hücumlara son qoymağa və Qara Dəniz Taxıl Təşəbbüsünə qayıtmağa çağırılıb.