Menyu

Zaxarova: ABŞ-nin Suriyadakı hərəkətləri İŞİD-in dirçəlməsinə səbəb ola bilər 

Redaksiya
Zaxarova: ABŞ-nin Suriyadakı hərəkətləri İŞİD-in dirçəlməsinə səbəb ola bilər 

"ABŞ-nin Suriyadakı hərəkətləri ilə təhrik edilən vəziyyət İŞİD-in yenidən dirçəlməsi ilə nəticələnə bilər".

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Zaxarova qeyd edib ki, amerikalılar əllərində olan hərbi-siyasi və maliyyə alətlərinə baxmayaraq, millətlərarası münasibətlərdə mübahisələrin həlli kimi incə sahədə heç bir uğur əldə edə bilməyiblər: "Bir qayda olaraq, onlar gücə, beynəlxalq hüquqa və diplomatiyaya zidd olan kəskin siyasi fürsətçiliyə əl atırlar. Bu, hazırda kürd birləşmələri ilə ərəb silahlı birləşmələri arasında toqquşmaların başlanmasına gətirib çıxarıb".

"Hər halda, söhbət Suriya konstitusiyası nöqteyi-nəzərindən qeyri-qanuni birləşmələrdən gedir və ABŞ onları silahla təmin edir, onlara maddi-texniki dəstək göstərir", - diplomat əlavə edib.

Teqlər:

"Zaxarova: AB\u015e-nin Suriyadak\u0131 h\u0259r\u0259k\u0259tl\u0259ri \u0130\u015e\u0130D-in dir\u00e7\u0259lm\u0259sin\u0259 s\u0259b\u0259b ola bil\u0259r\u00a0"

Əlaqəli Xəbərlər