Menyu

Zelenski Umerovun müdafiə naziri vəzifəsinə namizədliyini parlamentə təqdim edib

Zelenski Umerovun müdafiə naziri vəzifəsinə namizədliyini parlamentə təqdim edib

Ukrayna prezidenti Volodimir Zelenski Dövlət Əmlak Fondunun keçmiş rəhbəri Rustem Umerovun ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini irəli sürüb və onun namizədliyini Ali Radada, yəni parlamentdə səsverməyə təqdim edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna Parlamenti məlumat yayıb. 

Məlumata görə, müvafiq sənəd çərşənbə axşamı qeydə alınıb və parlamentin müvafiq komitəsinə göndərilib.

Günün əvvəlində isə Ali Rada müdafiə naziri Aleksey Reznikovun istefasını təsdiqləmək üçün səs verib. Deputat Yaroslav Jeleznyakın sözlərinə görə, yeni nazirlə bağlı səsvermə çərşənbə günü keçiriləcək.

Teqlər:

"Zelenski Umerovun m\u00fcdafi\u0259 naziri v\u0259zif\u0259sin\u0259 namiz\u0259dliyini parlament\u0259 t\u0259qdim edib"

Əlaqəli Xəbərlər