Aİ-nin Ermənistandakı missiyası sərhəddəki gərginliklə bağlı Brüsseli məlumatlandırıb
Son bir neçə gündə Aİ-nin Monitorinq Missiyası Azərbaycan-Ermənistan sərhəd bölgələrində artan gərginliyin və sərhədlərarası atəşkəsin pozulmasını narahatlıqla izləyib. Vəziyyətlə bağlı Brüssel məlumatlandırılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı Monitorinq Missiyası “X” sosial şəbəkə hesabında (keçmiş Twitter) paylaşım edib.
“Patrullarımız hərbi və təhlükəsizlik sahəsindəki son vəziyyət barədə Aİ-yə məlumat vermək üçün sərhəd bölgələrini və qarşıdurma xətlərini əhatə edir”, məlumatda deyilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma