Menyu

Oliver Varhelyi Türkiyəyə səfər edəcək

Nərmin Qocamanlı
Oliver Varhelyi Türkiyəyə səfər edəcək

 Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi Türkiyəyə səfər edəcək.

"Operativ Media" xəbər verir ki, o, 6-7 sentyabr tarixlərində Ankarada olacaq/

Səfər çərçivəsində Varhelyi, Türkiyənin xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömer Bolat, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar və sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır ilə görüşəcək.

Məlumata görə, səfər zamanı Türkiyə-Avropa İttifaqı münasibətləri ilə yanaşı, iki tərəf arasında əməkdaşlıq məsələləri də müzakirə olunacaq.

Teqlər:

"Oliver Varhelyi T\u00fcrkiy\u0259y\u0259 s\u0259f\u0259r ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər