Ərdoğan: Bu coğrafiyanın dincliyinin pozulmasına imkan verməyəcəyik
Nərmin Qocamanlı
"Kərkükün strukturunu pozacaq hər hansı bir hərəkət İraqın bütövlüyünün pozulması deməkdir. Biz bu coğrafiyanın sülh və bütövlüyünün pozulmasına imkan verməyəcəyik".
"Operativ Media" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən jurnalistlərə açıqlama verib.
Kərkükdə baş verənləri dəyərləndirən Ərdoğan, "Kərkük məsələsinə gəlincə, həm xarici işlər nazirim Hakan Fidan, həm də kəşfiyyat birliklərimiz məsələni yaxından izləyir. Sakit bir atmosfer var", - deyə qeyd edib.
Teqlər:
"\u018frdo\u011fan: Bu co\u011frafiyan\u0131n dincliyinin pozulmas\u0131na imkan verm\u0259y\u0259c\u0259yik"