Keniya bütün ölkələr üçün vizanı ləğv etməyi planlaşdırır
Keniya prezidenti Uilyam Ruto ölkəsinin bir neçə ay ərzində bütün ölkələrə viza azadlığı verməyi planlaşdırdığını açıqlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "The Star" qəzeti məlumat yayıb.
Məlumata görə, paytaxt Nayrobidə keçirilən Afrika İqlim Sammitində çıxış edən Ruto Keniyanın bəşəriyyətin ilk məskənlərinə ev sahibliyi etdiyinə diqqət çəkərək, buranı ziyarət edənlərdən viza istəməyin doğru olmadığını bildirib.
"Bir neçə ay ərzində bütün vizaları ləğv etməyi planlaşdırırıq", - Ruto deyib.
Vəzifəyə gəldiyi gündən bəri bir çox ölkə ilə viza rejimini ləğv edən Ruto daha əvvəl bütün afrikalılara viza azadlığı verəcəyini açıqlamışdı.