Menyu

Putin: Suriyanın gələcəyinə suriyalılar qərar verməlidir

Putin: Suriyanın gələcəyinə suriyalılar qərar verməlidir

"Suriyanın gələcəyinə Suriya xalqının özu qərar verməlidir, çünki digər dövlətlərin problemin həllində sürətli addım atmaq imkanları yoxdur".

"Operativ Media" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşündən sonra deyib. 

"Bizim Suriya böhranının həlli ilə bağlı ölkənin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmət kimi əsas yanaşmaları bölüşməyimiz vacibdir", - Putin qeyd edib.

"Başa düşürük ki, bu ölkənin tam miqyaslı dirçəlişinə başlamaq üçün milli barışıq və razılığa nail olmaq lazımdır və israr edirik ki, Suriyanın gələcəyinə heç bir hazır həll və ya model tətbiq etmədən qərar vermək suriyalıların özlərinin seçimi olmalıdır", - deyə o vurğulayıb.

Putin Ərdoğanla Suriya məsələsini müzakirə etdiyini bildirib: "Biz bu yolda Türkiyə ilə əməkdaşlığımızı çox yüksək qiymətləndiririk. Xüsusilə Suriya üzrə beynəlxalq məsləhətləşmələrin ən səmərəli mexanizmi olan Astana formatı çərçivəsində konstruktiv əməkdaşlıq edirik".

"Liviyadakı vəziyyətlə bağlı fikir mübadiləsi apararkən biz bu ölkədə uzun illərdir davam edən böhranın danışıqlar və kompromis axtarışları əsasında hərtərəfli həllinə sadiqliyimizi təkrarladıq, zorakılıqdan qaçmağa və Liviyanın dağılmasının qarşısını almağa çalışırıq", - deyə Rusiya prezidenti əlavə edib.

Teqlər:

"Putin: Suriyan\u0131n g\u0259l\u0259c\u0259yin\u0259 suriyal\u0131lar q\u0259rar verm\u0259lidir"

Əlaqəli Xəbərlər