Pakistanda hərbi helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb
Pakistanın Bəlucistan əyalətində donanma helikopteri qəzaya uğrayıb, helikopterdə olan 3 əsgər həlak olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Pakistan Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Məlumata görə, qəza əyalətin Qvadar şəhərində təlim uçuşu zamanı baş verib.
Vertolyotun texniki nasazlıq səbəbindən qəzaya uğradığı bildirilib. Həlak olanlardan ikisi Pakistan Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli zabiti olub.