Zakir Həsənov Yaşar Gülərlə birgə Ərdoğanı TEKNOFEST-də müşayiət edib (VİDEO)
Bu gün Türkiyə milli müdafiə naziri Yaşar Gülər və Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı TEKNOFEST-də müşayiət edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X"də paylaşım edib.
"Nazir Yaşar Güləri ilə birlikdə Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Hərbi Dəniz Qüvvələri komandanı Admiral Ərcüment Tatlıoğlu, Quru Qoşunları komandanı general Səlcuq Bayraktaroğlu, Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlu, nazir müavini Cəlal Sami Tüfekçi və Baş Qərargah rəisinin müavini general İfan Özsert də Ərdoğanı müşayiət edib.
Nazirlər Yaşar Gülər və Zakir Həsənov TEKNOFEST ərazisini gəzib, vətəndaşlarımızla söhbət edib. Hər iki nazir stendlərə baş çəkib, yerli və milli texnologiya məhsulları ilə tanış olublar", - məlumatda qeyd olunub.
Millî Savunma Bakanı Yaşar Güler ve Azerbaycan Savunma Bakanı Orgeneral Zakir Hasanov, Cumhurbaşkanımız Sn. Recep Tayyip Erdoğan’ın #TEKNOFEST ziyaretine eşlik etti. Bakan Yaşar Güler’in beraberinde Genelkurmay Başkanı Orgeneral Metin Gürak, Deniz Kuvvetleri Komutanı Oramiral… pic.twitter.com/0DzNUYMnCb
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) September 1, 2023