İndoneziyanın müdafiə naziri Rusiyaya səfər edəcək
İndoneziyanın müdafiə naziri Prabowo Subianto bu il Rusiyaya səfər etməyi planlaşdırır.
"Operativ Media" xəbər verir ki, bu barədə İndoneziyanın "Antara" xəbər agentliyi məlumat yayıb.
"Mən Moskvaya səfər edəcəm. Həmçinin oktyabrda Pekinə səfərə dəvət almışam", - Subianto bildirib.
Subianto qeyd edib ki, İndoneziya bütün ölkələrlə dost olmaq istəyir və tərəf tutmaq və ya hər hansı bloka qoşulmaq niyyətində deyil.
"Biz Çinlə yaxın dostuq, Amerikaya hörmət edirik və Rusiya ilə dostluq axtarırıq", - deyə o, İndoneziyanın müxtəlif xalqları birləşdirən körpü ola biləcəyinə ümid etdiyini əlavə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net